news-details
Xəbərlər

Çempionlar Liqası: VI turun ilk oyun gününün nəticələri

Çempionlar Liqasında qrup mərhələsinin VI - sonucu turuna start verilib. İlk olaraq E, F, G və H qruplarında mübarizə yekunlaşıb.

8 qarşılaşmanın yekununda 1/8 finala yüksələn daha 6 komandanın adı müəyyənləşib. Bunlar İngiltərənin "Liverpul" və "Çelsi", İspaniyanın "Valensiya", İtaliyanın "Napoli", Almaniyanın "Borussiya" (Dortmund) və Fransanın "Lion" klublarıdır.

Qruplarda 3-cü yeri tutan Avstriya "Zalsburq"u, İtaliya "İnter"i, Portuqaliya "Benfika"sı və Hollandiya "Ayaks"ı mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

Belçikanın "Genk", Çexiyanın "Slaviya" (Praqa), Rusiyanın "Zenit" və Fransanın "Lill" kollektivləri isə qrupda qalıb.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

E qrupu

“Napoli” (İtaliya) - “Genk” (Belçika) - 4:0

Qollar: Milik, 3; 26; 38-pen. Mertens, 75-pen.

“Zalsburq” (Avstriya) - “Liverpul” (İngiltərə) - 0:2

Qollar: Keyta, 57. Salah, 58

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) - “Slaviya” (Çexiya) - 2:1

Qollar: Sanço, 10. Brandt, 61 - Souçek, 44.

“İnter” (İtaliya) - “Barselona” (İspaniya) - 1:2

Qollar: Lukaku, 44 - Peres, 23. Fati, 87

G qrupu

“Lion” (Fransa) - “Leypsiq” (Almaniya) - 2:2

Qollar: Auar, 50. Depay, 82 - Forsberq, 9-pen. Verner, 33-pen.

“Benfika” (Portuqaliya) - “Zenit” (Rusiya) - 3:0

Qollar: Çervi, 47. Pitsi, 58-pen. Azmun, 79 (avtoqol)

H qrupu

“Çelsi” (İngiltərə) – “Lill” (Fransa) - 2:1

Qollar: Abraham, 19. Aspilikueta, 35 - Remi, 78.

“Ayaks” (Hollandiya) – “Valensiya” (İspaniya) - 0:1

Qol: Rodriqo, 24

Digər xəbərlər