Cümə axşamı 25.04.2024

Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu

Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. A, B, C və D qruplarındakı son oyunların ardından 1/8 final mərhələsinə son iki vəsiqənin sahibi də müəyyənləşib.

1/8 finala yüksələnlərin hamısı "Böyük 5-lik" təmsilçiləri olub. Bunlar İspaniyanın "Real Madrid", "Atletiko", "Barselona" və "Valensiya", İngiltərənin "Tottenhem", "Mançester Siti", "Liverpul" və "Çelsi", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Leyptsiq", İtaliyanın "Atalanta", "Yuventus" və "Napoli", Fransanın PSJ və "Lion" komandalarıdır.

Almaniya "Bayer"i və "Zalsburq"u, İtaliya "İnter"i, Portuqaliya "Benfika"sı, Hollandiya "Ayaks"ı, Belçika "Brügge"si, Yunanıstan "Olimpiakos"u və Ukrayna "Şaxtyor"u isə qrup 3-cüsü kimi mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

11 dekabr

A qrupu

“Brügge” (Belçika) - “Real” (İspaniya) - 1:3

Qollar: Vanaken, 55 - Rodriqo, 53. Vinisius, 64. Modriç, 90+1.

PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə) - 5:0

Qollar: İkardi, 32. Sarabia, 35. Neymar, 47. Mbappe, 63. Kavani, 83-pen.

B qrupu

“Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:1

Qollar: Koman, 14. Müller, 45. Koutinyo, 64. - Sessenyon, 20.

“Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya) - 1:0

Qol: El Arabi, 86-pen.

C qrupu

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Mançester Siti” (İngiltərə) - 1:4

Qollar: Olmo, 10 - Q.Jezus, 34; 50; 54. Foden, 84.

“Şaxtyor” (Ukrayna) – “Atalanta” (İtaliya) - 0:3

Qollar: Kastan, 66. Paşaliç, 80. Qosens, 90+4.

D qrupu

“Bayer” (Almaniya) - “Yuventus” (İtaliya) - 0:2

Qollar: Ronaldo, 75. İquayn, 90+2.

“Atletiko” (İspaniya) - “Lokomotiv” (Rusiya) - 2:0

Qollar: J.Feliks, 17-pen. Felipe, 54.