Cümə 26.04.2024

"Qarabağ" "Düdelanj"la bacarmadı

"Qarabağ" "Düdelanj"la bacarmadı

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da sonuncu matçına çıxıb.

Ağdam klubu doğma meydanda Lüksemburq təmsilçisi "Düdelanj"la qarşılaşıb. Qurban Qurbanovun çalışdırdığı kollektiv rəqibinə səfərdə 4:1 hesabıyla qalib gəlmişdi. Ancaq bu dəfə oyunda heç-heçə qeydə alınıb. İkinci hissə başlayan kimi azlıqda qalan "Qarabağ" məğlubiyyətdən son anda xilas olub.

A qrupunun digər oyununda isə artıq pley-offa vəsiqəni təmin etmiş “Sevilya” və APOEL klubları üz-üzə gəlib. Kipr təmsilçisi minimal hesabla qələbə qazanlb - 1:0.

Avropa Liqası

A qrupu

12 dekabr

"Qarabağ" - "Düdelanj" - 1:1

Hakimlər: Kristo Tohver, Silver Koiv, Sten Klaasen, Yuri Frişer (hamısı Estoniya).

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.