• Çərşənbə axşamı, 24 Noyabr 2020
news-details
Xəbərlər

“Qarabağ” qələbə qazandı, “Neftçi” uduzdu

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Bu gün daha iki qarşılaşma təşkil olunub.

Öncə “Neftçi” “Sumqayıt”la üz-üzə gəlib. Bu kollektivlər ötən mövsüm də eyni mərhələdə görüşüblər. Həmin vaxt "gənclik şəhəri" təmsilçisi iki oyunun nəticəsində qalib gələrək yarımfinala yüksəlmişdi. Bugünkü matçın taleyini bir qol həll edib. "Sumqayıt" səfərdə qələbə qazanaraq cavab oyunu öncəsi üstünlük əldə edib.

Günün son matçında isə Premyer Liqanın lideri “Qarabağ” çempionluq uğrundakı əsas rəqiblərindən birinə çevrilən “Keşlə” ilə qarşılaşıb. Ötən mövsüm də bu komandalar 1/4 finalda üz-üzə gəlmişdilər. Həmin vaxt Ağdam klubu iki oyunun nəticəsində mərhələ adlamışdı. Budəfəki duellərin birincisi "Qarabağ"ın minimalhesablı qalibiyyəti ilə bitib.

Xatırladaq ki, ötən gün “Qəbələ” doğma meydanda “Sabah”a 3:0 hesabıyla qalib gəlib, “Səbail” – “Zirə” matçında isə qapılara qol vurulmayıb.

Azərbaycan kuboku

1/4 final

16 dekabr

“Neftçi” – “Sumqayıt” - 0:1

Qol: R.Sadıxov, 48.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

“Bakcell Arena”

“Qarabağ” – “Keşlə” - 1:0

Qol: İ.İbrahimli, 53.

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı

Tofiq Bəhramov adına Respublika Stadionu

Digər xəbərlər