Çərşənbə axşamı 16.04.2024

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə eyni qrupdan çıxan və eyni ölkəni təmsil edən komandalar bir-birilərinə rəqib olmayıblar.

1/8 final

Borussiya (Dortmund) - PSJ
Real Madrid - Mançester Siti
Atalanta - Valensiya
Atletiko Madrid - Liverpul
Çelsi - Bayern Münhen
Lion - Yuventus
Tottenhem - Leypsiq
Napoli - Barselona

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.

1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.