Şənbə 20.04.2024

Avropa Liqasında 1/16 finalın püşkü atıldı

Avropa Liqasında 1/16 finalın püşkü atıldı

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında təşkil olunub.

Nüfuzlu turnirin qruplarında ilk 2 yeri tutmuş komandalar, eləcə də Çempionlar Liqasından gələn klublar iki səbətə bölünüb. Səpələnmişlər səbətində AL-in 12 qrupunun qalibləri, həmçinin ÇL-də qrup üçüncüsü olanlardan ən yüksək reytinqli 4 klub yer alıb.

Qeyd edək ki, ilk oyunlar fevralın 20-də, cavab görüşləri 27-də keçiriləcək.

1/16 final

"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)

"Sportinq" (Portuqaliya) - "Başakşəhər" (Türkiyə)

"Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya)

"Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)

"Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya)

APOEL (Kipr) - "Bazel" (İsveçrə)

ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya)

"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

"Alkmar" (Hollandiya) - LASK (Avstriya)

"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)

"Lüdoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)

"Ayntraxt" (Almaniya) - "Zalsburq" (Avstriya)

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya)

"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)

"Roma" (İtaliya) - "Gent" (Belçika)

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)