Çərşənbə axşamı 23.04.2024

“Zirə” və “Qəbələ” yarımfinalda!

“Zirə” və “Qəbələ” yarımfinalda!

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilib. İlk oyun günündə iki yarımfinalçı bəlli olub.

Əvvəlcə "Zirə" "Səbail"i qəbul edib. Komandalar arasında "ASCO Arena"da keçirilmiş ilk oyunda qapılara qol vurulmayıb. "Səbail"ə yarımfinala yüksəlmək üçün qollu heç-heçə də bəs edəcəkdi. Ancaq əlavə vaxtda rəqib qapısına yol tapan "Zirə" yarımfinala yüksəlib.

Günün digər qarşılaşması “Sabah”la “Qəbələ” arasında təşkil edilib. Doğma meydanda 3 cavabsız qola sevinən əyalət təmsilçisi səfərdə də qalib gələrək adını yarımfinala yazdırıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri sabah keçiriləcək. "Sumqayıt" "Neftçi"ni, "Keşlə" isə "Qarabağ"ı qəbul edəcək.

Azərbaycan kuboku

1/4 finalın cavab oyunları

19 dekabr

“Zirə” - “Səbail” - 1:0

Qol: Xulio Sezar Rodriges, 105

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli.

Zirə İdman Kompleksinin stadionu, 15:00.

"Sabah" – "Qəbələ" - 2:3

Qollar: B.Mustafazadə, 62; 76 - D.Volkov, 22; 23. K.Bauk, 64.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov

“Bank Respublika Arena”, 18:00