• Çərşənbə axşamı, 21 Yanvar 2020
news-details
Xəbərlər

"Qəbələ"nin yeni sponsoru müəyyənləşdi

"Qəbələ" İdman Klubunun yeni sponsoru müəyyənləşib. Bundan sonra əyalət təmsilçisini "Jalə" Şirələri maliyyələşdirəcək.

Daha öncə klubun əsas sponsoru "Gilan Holdinq" idi.

Qeyd edək ki, 1995-ci ildə Xanların “Göy-Göl” klubu kimi yaradılan klubun adı 2005-ci ildə dəyişdirilərək “Gilan” qoyulub. Azərbaycan çempionatının 2005/06 mövsümündə birinci dəstənin qalibi olan komanda yüksək liqaya vəsiqə qazanıb. 2006-cı ildə burada debütdən öncə “Gilan” Xanlardan Qəbələyə köçürülüb və həmin vaxtdan bu şəhəri təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” İK adı ilə dəyişdirilib. Klub tarixi ərzində Azərbaycan kubokunu (2018/19), Azərbaycan Premyer Liqasının gümüş (2016/17, 2018/18) və bürünc (2013/14, 2014/15, 2015/16) mükafatlarını qazanıb. “Qəbələ” ardıcıl iki dəfə (2015/16, 2016/17) Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Digər xəbərlər