news-details
Xəbərlər

Azərbaycan kubokunda bütün yarımfinalçılar bəlli oldu

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Sonuncu oyun günündə iki cavab qarşılaşması keçirilib.

Əvvəlcə "Sumqayıt""Neftçi" komandaları "Kapital Bank Arena"da üz-üzə gəlib. Rəqibinə səfərdə 1:0 hesabıyla qalib gəlmiş "gənclik şəhəri" təmsilçisi bu üstünlüyünü doğma meydanda da qorumağı bacarıb. Matç qolsuz bitib və "Sumqayıt" yarımfinala yüksəlib.

İlk oyunda 0:1 uduzan “Keşlə” isə “Qarabağ”la qarşılaşıb. Qəsəbə təmsilçisi cavab oyununda azı 2 top fərqi ilə qələbə qazanmalıydı ki, yarımfinala adlaya blsin. Ancaq Ağdam klubu evdə olduğu kimi səfərdə də qalib gələrək adını yarımfinala yazdırıb.

Xatırladaq ki, ötən gün “Qəbələ” və “Zirə” yarımfinala vəsiqəni təmin edib.

Azərbaycan kuboku

1/4 finalın cavab oyunları

20 dekabr

“Sumqayıt” – “Neftçi” - 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov.

Sumqayıt. “Kapital Bank Arena”

“Keşlə” – “Qarabağ” - 1:3

Qollar: X.Mahmudov, 67 - M.Emreli, 20. X.Romero, 40. T.Bayramov, 90+2.

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov.

Bayıl. “ASCO Arena”

Digər xəbərlər