Çərşənbə 24.04.2024

Rayan Giqqz millimizlə oyunda kimlərə güvənəcək?

Rayan Giqqz millimizlə oyunda kimlərə güvənəcək?

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyəti bəllidir. Baş məşqçi Rayan Giqqzin sentyabrın 6-da Azərbaycanla rəsmi, 10-da isə Belarusla yoxlama görüşündə xidmətindən yararlanacağı futbolçular bunlardı:

Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”, İngiltərə), Denni Uord (“Lester”, İngiltərə), Adam Deyvis (“Stok Siti”, İngiltərə);

Müdafiəçilər: Etan Ampadu (“Leyptsiq”, Almaniya), Ben Deyvis (“Tottenhem”, İngiltərə), Kris Qanter (“Ridinq”, İngiltərə), Ceyms Laurens (“Anderlext”, Belçika), Tom Lokyer (“Çarlton”, İngiltərə), Kris Mefam (“Bornmut”, İngiltərə), Co Rodon, Konnor Roberts (hər ikisi “Suonsi”), Neyl Teylor (“Aston Villa”, İngiltərə);

Yarımmüdafiəçilər: Co Allen (“Stok Siti”, İngiltərə), Daniel Ceyms (“Mançester Yunayted”, İngiltərə), Co Morrell (“Linkoln”, İngiltərə), Metyu Smit (“Kuinz Park Reyncers”, İngiltərə), Uill Voulks (“Kardiff”), Harri Uilson (“Bornmut”, İngiltərə), Dilan Levit ("Mançester Yunayted", İngiltərə) Conni Uilyams (“Çarlton”, İngiltərə);

Hücumçular: Qaret Beyl (“Real”, İspaniya), Tom Lourens (“Derbi”, İngiltərə), Ben Vudburn (“Oksford Yunayted”, İngiltərə), Sem Vouks (“Stok Siti”, İngiltərə).

Qeyd edək ki, Uels - Azərbaycan qarşılaşması sentyabrın 6-da "Kardiff" stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 22:45-də başlanacaq matç "CBC Sport"la canlı yayımlanacaq.