• Çərşənbə axşamı, 21 Yanvar 2020
news-details
Xəbərlər

Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq oyunu keçiriləcək

Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. Bu barədə Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş "TRT Spor"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, matç gələn il mayın 26-da Antalyada olacaq: "Çempionatlar başa çatandan sonra təlim-məşq toplanışına başlayacağıq. Futbolçular 10 günlük hazırlıq dönəmində ailələri ilə birgə qalacaqlar. Həm istirahət, həm də məşq olacaq. Mayın 26-da Antalyada Azərbaycanla oynayacağıq. İyunun 1-də Xorvatiya, iyunun 4-də isə İrlandiya ilə qarşılaşacağıq".

Qeyd edək ki, İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Digər xəbərlər