news-details
Xəbərlər

Voleybol millimiz ilk görüşdə məğlub oldu

Qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinə start verilib. Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 yığma lisenziyanın sahibini müəyyənləşdirəcək.

Niderlandda təşkil olunan yarışda Azərbaycan yığması ilk oyununu keçirib. A qrupunda yer alan Vasif Talıbovun komandası meydan sahibi Niderlandla qarşılaşıb. İlk setdə voleybolçularımız bir neçə dəfə ciddi fərqlə önə keçsə də, sonda məğlubiyyətlə barışmalı olublar: 23-25. Növbəti setdə üstünlüyünü davam etdirən meydan sahibləri 25-18 qalib gəliblər. Üçüncü set isə həlledici olub. Yığmamız bu dəfə də bəzi anlarda xal fərqində önə keçməyi bacarsa da, sonda seti məğlub bitirib: 22-25.

Bununla da Azərbaycan millisi turnirə 0:3 hesablı məğlubiyyətlə start verib. Qrupun digər görüşündə Polşa Bolqarıstanı 3-1 məğlub edib. Voleybolçularımız növbəti oyununu sabah saat 19:00-da Bolqarıstana qarşı keçirəcək. Bu görüş də “CBC Sport”la canlı yayımlanacaq.

Qeyd edək ki, yarışın qalibi Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Digər xəbərlər