Cümə 26.04.2024

Voleybol millimiz Olimpiada şanslarını itirdi

Voleybol millimiz Olimpiada şanslarını itirdi

Qadın voleybolçularımız Olimpiya təsnifat turnirində ikinci oyununa çıxıb. Rəqib bundan öncə keçirdiyi hər iki matçda məğlub olan Bolqarıstan yığması idi.

Başabaş mübarizə şəraitində ilk setdə qızlarımız 23-25 uduzublar. Növbəti hissədə bolqarlar daha asan qələbə qazanıb: 25-19. Millimiz üçüncü hissədə uduzuluan setlərdən birininin əvəzini çıxıb: 25-21. Lakin dördüncü set sonuncu olub. Belə ki, 25-22 üstün olan Bolqarıstan matçdan 3-1 hesablı qələbə ilə ayrılıb.

A qrupunun digər görüşündə Polşa Hollandiyanı 3-1 məğlub edib. Bununla da millimiz qrupdan çıxmaq şanslarını itirib. Komandamız formal xarakteri daşıyan sonuncu oyununu bu gün Polşaya qarşı keçirəcək. Saat 23:00-da start götürəcək matç “CBC Sport”la canlı yayımlanacaq.

Qeyd edək ki, turnirin qalibi Tokiyo Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.