• Çərşənbə axşamı, 21 Yanvar 2020
news-details
Xəbərlər

"Barselona"nın yeni baş məşqçisi - Kike Setyen

"Barselona" baş məşqçi vəzifəsində dəyişiklik edib. Bu barədə klub rəsmi saytı vasitəsilə bəyanat yayıb.

İspaniya Superkubokundakı uğursuzluqdan sonra Ernesto Valverde ilə yollar ayrılıb. "Barselona" son 17 ildə ilk dəfə mövsümün gedişində baş məşqçisini istefaya göndərib. Onun əvəzinə isə bu posta Kike Setyen gətirilib.

Yeni çalışdırıcı ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu gün klub Setyeni rəsmən ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, Kike Setyenin son klubu "Betis" olub.

Digər xəbərlər