Cümə axşamı 25.04.2024

"Arsenal"ın yetirməsi "Zirə"də

"Arsenal"ın yetirməsi "Zirə"də

"Zirə" yeni futbolçu ilə anlaşıb. Klubun saytının verdiyi xəbərə görə, qəsəbə təmsilçisi Alie Sesayla müqavilə bağlayıb. 25 yaşlı sierra leoneli müdafiəçi ilə müqavilənin müddəti 1 il yarımdır.

Qeyd edək ki, London "Arsenal"ının yetirməsi olan Sesay daha əvvəl İngiltərəni "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib. Futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.