Cümə axşamı 28.03.2024

“Qroningen”in sabiq hücumçusu "Keşlə"də

“Qroningen”in sabiq hücumçusu "Keşlə"də

“Keşlə” qış transfer dönəmində yeni futbolçu keçidini reallaşdırıb. Klubun mətbuat xidmətinin verdiyi xəbərə görə, paytaxt təmsilçisi futbolçu Aleksandr Kristovaonu heyətinə qatıb. 27 yaşlı anqolalı hücumçu ilə mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Aleksandr Kristovao karyerasına Hollandiyanın “Qroningen” komandasında başlayıb. Anqola milli komandasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanının “Al-Mojzel” komandası olub.