Çərşənbə 24.04.2024

Monroz düşərgəyə qoşuldu, "Neftçi" məşqləri bərpa etdi

Monroz düşərgəyə qoşuldu, "Neftçi" məşqləri bərpa etdi

Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən “Neftçi” bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Klubdan verilən məlumata görə, komanda bu gün iki dəfə məşqə çıxıb. Səhər hazırlığı əsasən fiziki gücün artırılmasına həsr olunan çalışmalardan, axşam məşqi isə taktiki gedişlərdən ibarət olub.

Qeyd edək ki, sənəd problemi həll olunmuş futbolçu Stiven Jozef-Monroz da artıq düşərgəyə qoşularaq məşqlərə qatılıb. Yoxlama oyunları çərçivəsində yanvarın 15-i Polşanın “LKS Lodz” klubuna 0:4 uduzan “Neftçi” ayın 20-si Ukraynanın “Dinamo” (Kiyev), 24-ü isə “Desna” klubları ilə üz-üzə gələcək.