• Çərşənbə axşamı, 22 Sentyabr 2020
news-details
Xəbərlər

20 Yanvar hadisələrindən 30 il ötür

20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günüdür. O gecədən bizi 30 il ayırır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperialist qüvvələr Azərbaycanın azadlıq mübarizəsini boğmaq, insanlarımızı bu müqəddəs yoldan çəkindirmək məqsədilə Bakıda və bəzi bölgələrimizdə qanlı cinayətlər törətdi. Vətəndaşlarımız xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirildi, insanlarımız işgəncələrə məruz qaldı. Ancaq faciənin üzdəniraq ideoloqlarının cəhdləri puça çıxdı. Haqq yolunda mətanətlə addımlayan, hər cür çətinliyə, məhrumiyyətə mərdliklə sinə gərən Azərbaycan müstəqilliyinə qovuşdu və zaman keçdikcə 20 Yanvar qəhrəmanlıq salnaməmizə çevrilir.

Bu gün xalqımız 20 Yanvar, eləcə də ərazi bütövlüyümüz uğrunda döyüşlərdə canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir daha ehtiramla yad edir, ruhlarına Allahdan rəhmət diləyirik.

Digər xəbərlər