Çərşənbə 24.04.2024

"Neftçi" Kiyev "Dinamo"suna uduzdu

"Neftçi" Kiyev "Dinamo"suna uduzdu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.

Bu gün ölkə təmsilçilərindən "Neftçi" klubu yoxlama matçında qüvvəsini sınayıb. "Ağ-qaralar" bu dəfə Kiyev "Dinamo"su ilə üz-üzə gəlib. Baş məşqçi Roberto Bordinlə yollarını ayıran "Neftçi" klubunu Ukrayna təmsilçisi ilə görüşə Füzuli Məmmədov çıxarıb. Bakı vaxtı ilə saat 18:00-da başlayan görüşdə "Dinamo" komandası 2:1 qələbə qazanıb. "Neftçi"nin heyətində Vangelis Platellas fərqlənib.

Qeyd edək ki, "Neftçi" Antalyada keçirdiyi ilk yoxlama görüşündə Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzub. Azərbaycan klubu son yoxlama görüşünü yanvarın 24-də Ukraynanın digər təmsilçisi "Desna"ya qarşı keçirəcək.