Çərşənbə axşamı 19.03.2024

"Türkiyədən Futbol"

"Türkiyədən Futbol"

“CBC Sport”un efirində daha bir layihə start götürür. Ölkəmizdə Türkiyə futbolunu yaxından izləyən, klublarına azarkeşlik edən insanlar üçün şad xəbərimiz var.

Aparıcılığını Pərviz Musayev və Elçin Cəfərovun edəcəyi “Türkiyədən Futbol” proqramı hər cümə günü yayımlanacaq. İlk buraxılış bu gün saat 21:00-da olacaq.

Azərbaycanda Türkiyə futbolunun çox sayda azarkeşi, izləyicisi olduğu məlumdur. Hər həftə verilişdə geridə qalan turdakı oyunlar analiz ediləcək, qarşıdakı turun matçları müzakirə olunacaq.