Çərşənbə axşamı 19.03.2024

İsveçrə - Azərbaycan matçının yeri və saatı dəqiqləşdi

İsveçrə - Azərbaycan matçının yeri və saatı dəqiqləşdi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində təşkil olunacaq İsveçrə - Azərbaycan oyununun başlanma saatı və görüşün keçiriləcəyi stadion müəyyənləşib.

Martın 26-da Sion şəhərindəki “Stade de Tourbilion”da keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.

İsveçrə millisi 4 oyundan 12 xalla 2-ci qrupun lideri, 6 matçda 6 xal toplayan Azərbaycan yığması 5-ci yerdə gedir. Bu komandalar arasında 2019-cu il oktyabrın 15-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.