news-details
Xəbərlər

Əfsanəvi basketbolçu helikopter qəzasında öldü

Əfsanəvi basketbolçu Kobe Brayant ABŞ-da helikopter qəzasında ölüb. 41 yaşlı keçmiş basketbolçunun yer aldığı helikopter Kaliforniya ştatında qəzaya uğrayıb. Helikopterdə qəza zamanı 5 nəfər olub və onların hamısı dünyasını dəyişib.

TMZ bildirir ki, qəza zamanı ölənlərdən biri basketbolçunun 13 yaşlı qızı Cianna Brayantdır. Onların helikopterlə məşqə getdikləri güman edilir.

Brayant peşəkar karyerası ərzində 20 il (1996-2016) yalnız bir komandanın - "Los Anceles Leykers"in uğurları üçün çalışıb. O, bu komanda ilə 5 dəfə NBA çempionu olub, ABŞ yığması ilə də 2 dəfə yay olimpiya oyunlarının qalibi adını qazanıb.

Digər xəbərlər