Cümə axşamı 28.03.2024

“Ağsu” I Diviziondan uzaqlaşdırıldı

“Ağsu” I Diviziondan uzaqlaşdırıldı

“Ağsu” futbol klubunun rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini Peşəkar Futbol Liqasına yazılı şəkildə bildirib.

Vəziyyəti nəzərə alan PFL “Ağsu” futbol klubunu Azərbaycan I Diviziondan kənarlaşdırmağı qərara alıb. Qurumun saytının verdiyi xəbərə görə, komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq.

Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.