Cümə 19.04.2024

Azərbaycanlı hakimlər "Panatinaikos" - PAOK oyununda

Azərbaycanlı hakimlər "Panatinaikos" - PAOK oyununda

Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb.

Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində fevralın 2-də, saat 21:30-da keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək.

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.