Şənbə 27.04.2024

"Zirə"dən ayrılan hücumçu "Sabah"da

"Zirə"dən ayrılan hücumçu "Sabah"da

“Sabah” daha bir futbolçu ilə müqavilə bağlayıb. Klubun saytının verdiyi xəbərə görə, paraqvaylı hücumçu Xulio Rodriqes bundan sonra komandanın uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Karyerası ərzində Argentinanın “Defensa”, “Berasateqi”, “Qodoy Kruz”, “Atletiko Union”, “Arsenal”, Meksikanın “Dorados de Sinaloa”, Paraqvayın “Deportivo Kapiata” klublarında çıxış etmiş hücumçunun son komandası “Zirə” olub.