Şənbə 20.04.2024

Renat Dadaşov “Liverpul”a qol vurdu

Renat Dadaşov “Liverpul”a qol vurdu

Beynəlxalq Premyer Liqa Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib. Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi İngiltərənin “Vulverhempton” klubunun U-23 komandası “Liverpul”un eyni yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 49-cu dəqiqədə məhz Dadaşov vurub. 4 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

“Vulverhempton” bu grüşdə qələbə qazansaydı, qrup qalibi kimi növbəti mərhələyə yüksələcəkdi. Amma 3 xalla qrup sonuncu yerdə bitirib. “Liverpul”, PSJ və “Atletik” isə 4 xalla qrup birincisi olub.