Cümə axşamı 25.04.2024

Millimiz Rusiya üzərində tarixi qələbə qazandı

Millimiz Rusiya üzərində tarixi qələbə qazandı
Futzal üzrə Azərbaycan milli komandası DÇ-nin elit-raund mərhələsində bu gün növbəti oyununu keçirib. Yığma komandamız Osiek şəhərindəki "Qradski vrt Arena"da Rusiya kollektivi ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 20:00-da başlayan oyun "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanıb. Görüşü italiyalı hakimlər - Alessandro Malfer, Angelo Galante və Chiara Perona idarə ediblər. İlk oyunda ev sahibi Xorvatiya komandasına 0:2 hesabı ilə məğlub olan yığmamız bu dəfə 4:3 qalib gəlib. Bu, eyni zamanda Azərbaycan millisinin Rusiya üzərində ilk qələbəsidi. Millinin heyətində Everton Kardosonun dubl etdiyi görüşdə digər qolları Rafael Vilela və İsa Atayev vurub. Komandamız son oyununu fevralın 1-də, saat 20:00-da Slovakiya yığmasına qarşı keçirəcək.