Çərşənbə 24.04.2024

Emil Balayev "Tobol"la yollarını ayırdı

Emil Balayev "Tobol"la yollarını ayırdı

Azərbaycanın futbol üzrə milli komandasının qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılıb.

Qapıçı klub rəhbərliyi qarşılıqlı razılıq əsasında müqaviləyə son qoymaq barədə qərar qəbul ediblər.

Emil komandanın heyətində 36 matç keçirib və Qazaxıstanın Premyer Liqasında ən yaxşı qapıçılardan biri olub.

“Tobol” futbol klubu Emilə təşəkkür edib və ona sonrakı karyerasında müvəffəqiyyətlər arzulayıb.