Cümə 29.03.2024

Futzal millimiz Slovakiya ilə heç-heçə etdi

Futzal millimiz Slovakiya ilə heç-heçə etdi

Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsində bu gün son oyununa çıxıb. Yığmamız Slovakiya ilə qarşılaşıb.

Matç Bakı vaxtı ilə 20:00-da başlayıb. "CBC Sport"la canlı yayımlanan görüşü italiyalı hakimlər briqadası - Angelo Galante, Chiara Perona və Nicola Manzion idarə ediblər.

Rusiya üzərində qələbə qazanmaqla aktivinə ilk 3 xalı yazdıran Joze Alesio da Silvanın rəhbərlik etdiyi komanda qrupdan çıxmaq şansını saxlayır.

Xorvatiyanın Osiek şəhərindəki "Gradski vrt Arena"da təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 3:3. Bununla da Azərbaycan millisi C qrupunda mübarizəni 4 xalla başa vurub. Slovakiya isə 1 xalla sonuncu olub.

Qrup qalibi və elit-raunda vəsiqə verən ikinci yerin taleyi Xorvatiya - Rusiya matçından sonra müəyyənləşəcək. Rusiya bu görüşdə qələbə qazana bilməsə, Azərbaycan qrup ikincisi kimi elit-raunda yüksələcək.

Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, ikincilər pley-off oyunlarında rəqiblərinə qalib gələrək bu hüquqa yiyələnəcəklər.