Çərşənbə axşamı 16.04.2024

"Neftçi" büdrədi, "Zirə" "Sabah"a qalib gəldi

"Neftçi" büdrədi, "Zirə" "Sabah"a qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ikinci yarısına start verilib. III dövrənin ilk tur matçları iki günü əhatə edəcək.

XV turun birinci oyun günündə iki qarşılaşma keçirilib. Açılış matçında qonşu pillələrdə - 5-6-cı yerlərdə olan "Zirə" və "Sabah" komandaları münasibətlərə aydınlıq gətirib. Hər hissədə bir dəfə fərqlənən qəsəbə təmsilçisi görüşdən qalib ayrılıb. Bu qələbədən sonra xalını 20-yə çatdıran "Zirə" klubu 20 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. 13 xala malik "Sabah" isə 6-cı pillədə qərarlaşıb.

Günün digər oyununda 2-ci pillədə olan "Neftçi" 4-cü yerdə gedən "Sumqayıt"la üz-üzə gəlib. Matç 1:1 hesabı ilə yekunlaşıb. Bu nəticədən sonra xalını 26-ya çatdıran "ağ-qaralar" 2-ci pillədə qalıb. 19 xala malik "Sumqayıt" isə 5-cidir.

Qeyd edək ki, XV tura fevralın 2-də keçiriləcək "Səbail" - "Qarabağ" və "Qəbələ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.

Turun bütün matçları "CBC Sport"la canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, XV tur

1 fevral (şənbə)

“Zirə” – “Sabah” - 2:0

Qollar: Ağabala Ramazanov, 46, Riçard Qadze, 78

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Zirə İdman Kompleksinin stadionu

“Neftçi” – “Sumqayıt” - 1:1

Qollar: Baqali Dabo, 71 - Rəhim Sadıxov, 43

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Bakcell Arena”