news-details
Xəbərlər

“Qarabağ”la “Keşlə”dən səfər qələbəsi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub. Sonuncu oyun günündə də iki qarşılaşma keçirilib.

Turnir cədvəlinin 3-cü pilləsində yer alan “Keşlə” Qəbələdə eyniadlı komandanın qonağı olub. Matç qonaqların 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. "Keşlə" bu oyunda qələbə qazanmaqla "Neftçi" ilə xal fərqini aradan qaldırıb və şəxsi oyunlara görə ikinci pilləni ələ keçirib.

Tur liderlə sonuncu pillədəki komanda arasındakı görüşlə başa çatıb. Autsayder “Səbail”in qonağı olan “Qarabağ” minimalhesablı qələbə qazanmaqla mövqeyini bir qədər də möhkəmlədib.

Qeyd edək ki, ilk oyun günündə "Zirə" "Sabah"a 2:0 hesabı ilə qalib gəlib, "Neftçi" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Azərbaycan Premyer Liqası, XV tur

2 fevral (bazar)

“Qəbələ” – “Keşlə” - 1:2

Qollar: İ.Zuniç, 60 - M.Boyoviç, 35. S.M.Kolli, 40

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu

“Səbail” – “Qarabağ” - 0:1

Qol: M.Emreli, 81.

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“ASCO Arena”

Digər xəbərlər