• Çərşənbə axşamı, 24 Noyabr 2020
news-details
Xəbərlər

Əliyar Ağayevdən bir penalti, iki "sarı"

Yunanıstan Super Liqasında 22-ci turun mərkəzi oyununda “Panatinaikos” doğma meydanda PAOK-la qarşılaşıb. Matçı FIFA referimiz Əliyar Ağayev idarə edib. Ona xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər.

Qarşılaşma “Panatinaikos”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beynəlxalq dərəcəli hakim önəmli qərarları ilə diqqət çəkib. O, ilk hissəyə əlavə olunan 1-ci dəqiqədə VAR-a müraciət edib və meydan sahiblərinin qolunu ləğv edib.

Ağayev 48-ci dəqiqədə isə qonaqları penalti ilə cəzalandırıb. Paytaxt təmsilçisi məhz həmin epizodda hesabı açıb. İki dəfə vərəqə üçün əlini cibinə atan referi hər komandanın bir üzvünə “sarı” göstərib.

Hazırda PAOK 52 xalla 2-ci, “Panatinaikos” isə 37 xalla 4-cü pillədə qərarlaşıb. FIFA referimiz ötən mövsüm Yunanıstan çempionatında PAOK – “Atromitos” oyununu idarə etmişdi.

Digər xəbərlər