news-details
Xəbərlər

Dani Kintana "Qarabağ"dan getdi

"Qarabağ"ın futbolçusu Dani Kintana bu gün Ağdam təmsilçisində sonuncu məşqinə çıxıb.

Klubdan verilən məlumata görə, ispaniyalı yarımmüdafiəçi Çinin "Chengdu Better City" klubuna transfer olunub və bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Taylandda davam edən düşərgəsinə yollanacaq.

2015-ci ildə "Qarabağ"a transfer olunan Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər