news-details
Xəbərlər

Cüdo millimiz mundialın komanda yarışlarında 5-ci oldu

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında qarışıq komanda yarışları keçirilib. Azərbaycan millisi 1/8 finalda Avropa çempionu Portuqaliya yığması ilə qarşılaşıb.

Bu görüşdən 4:3 hesablı qələbə ilə ayrılan komandamız uğurun davamını gətirə bilməyib. 1/4 finalda Braziliyaya 1:4 hesabı ilə uduzan cüdoçularımız təsəlliverici görüşlərə qatılıb və bürünc medal uğrunda ilk cəhddə Cənubi Koreyadan güclü olublar - 4:2. Amma mükafat uğrunda son görüşdə Rusiyaya yenilən (1:4) yığmamız mundialı medalsız başa vurub.

Qeyd edək ki, komandada yarışlarından fərqli, fərdi yarışlarda millimizin 2 üzvü fəxri kürsüyə yüksəlməyi bacarmışdı. 73 kq çəkidə mübarizə aparan Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medala sahib çıxmışdı.

Digər xəbərlər