İngiltərənin "Vulverhempton" klubu Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovu Avropa Liqasına sifariş edib.
Ancaq siyahıda Renat Dadaşov Almaniya vətəndaşı kimi göstərilib. Millimizin üzvü meydana 40 nömrəli forma ilə çıxacaq.
"Vulverhempton" 1/16 finalda İspaniya "Espanyol"u ilə üz-üzə gələcək. İngiltərə klubu ilk oyununu fevralın 20-də evdə, cavab görüşü fevralın 27-də səfərdə keçirəcək.
Qeyd edək ki, Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib.