Cümə 29.03.2024

Futzal millimiz dünya reytinqində gerilədi

Futzal millimiz dünya reytinqində gerilədi

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

Azərbaycan millisi bundan əvvəlki reytinqlə müqayisədə 1 pillə geriləyib. Millimiz 1407 xalla 14-cü pillədə qərarlaşıb. Siyahıya 1843 xalla Braziliya başçılıq edir. İspaniya 2-ci (1801), Argentina 3-cüdür (1648).

Yığmamız bu ay dünya çempionatının elit raundunda Xorvatiyaya uduzub, Rusiyaya qalib gəlib, Slovakiya ilə heç-heçə edib.