Cümə 26.04.2024

"Barselona" və "Real" mübarizəni dayandırdı

"Barselona" və "Real" mübarizəni dayandırdı

İspaniya kubokunda 1/4 final mərhələsinə iki qarşılaşma ilə yekun vurulub və yenə də sürpriz nəticələr qeydə alınıb. “Real Madrid” “Real Sosyedad”ı qəbul edib və mövsümdə ilk dəfə ev oyununda uduzub. “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma madridlilərin məğlubiyyətilə başa çatıb - 3:4.

“Barselona” isə səfərdə “Atletik Bilbao” komandası ilə münasibətlərə aydınlıq gəlib. Gərgin keçən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İspaniya nəhəngləri 1955-ci ildən bu yana ilk dəfə bir gündə ölkə kubokundan kənarda qalıblar.

İspaniya kuboku, 1/4 final

6 fevral

Real Madrid – Real Sosyedad - 3:4

Qol: Marselo, 59. Rodriqo, 81. Naço, 90+3 – Odeqar, 22. İsak, 54; 56. Merino, 69.

Atletik – Barselona - 1:0

Qol: Uilyams, 90+3.