Cümə axşamı 28.03.2024

Alper Potuk "Qarabağ"a gəlməkdən imtina etdi

Alper Potuk "Qarabağ"a gəlməkdən imtina etdi

“Qarabağ”ın heyətinə qatmağı planlaşdırdığı Alper Potukun karyerasını Azərbaycanda davam etdirməyəcəyi məlum olub. Bu barədə “Milliyət” qəzeti məlumat yayıb.

Türkiyə millisinin sabiq üzvü əvvəlcə “Fənərbağça” ilə olan müqaviləsinə qaşılıqlı razılıq əsasında xitam vermək istəyib. İstanbul təmsilçisi oyunçunun bu təklifini qəbul etsə də, “Qalatasaray, “Başakşəhər” və “Trabzonspor”a getməməsinə dair şərt qoyub. 28 yaşlı futbolçu isə bununla razılaşmayıb.

Bu vaxt təcrübəli oyunçunun “Qarabağ”a keçməsi gündəmə gəlib. Ağdam klubu Alperi mövsümün sonuna qədər icarəyə götürmək istəyib. Hətta "Qarabağ" futbolçunun 6 aylıq maaşının “Fənərbağça” ilə birgə ödənməsində klubla razılığa gəlib. Ancaq bu səfər də futbolçu “Qarabağ” gəlməkdən imtina edib.

Qeyd edək ki, “Fənərbağça” mövsümün ikinci yarısı üçün Alper Potuku sifariş etməyib.