Cümə axşamı 02.05.2024

“Qəbələ” “Sabah”a, “Keşlə” “Səbail”ə məğlub oldu

“Qəbələ” “Sabah”a, “Keşlə” “Səbail”ə məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Açılış matçında "Sabah" "Qəbələ"ni qəbul edib. "Bank Respublika Arena”da təşkil olunan qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda "Keşlə "Səbail"lə üz-üzə gəlib. 26 xala malik meydan sahibləri autsayderlə dueldə qalib gəlməklə ikinci pillədəki yerini möhkəmlətməyə çalışsa da, buna nail ola bilməyib. Bu mövsüm ilk dəfə rəqibini "ASK Arena"da qəbul edən Tərlan Əhmədovun komandasının doğma meydana qayıdışı uğursuz alınıb - 0:1.

Azərbaycan Premyer Liqası, XVI tur

7 fevral (cümə)

“Sabah” – “Qəbələ” - 3:2

Qollar: M.Deviç, 19. M.Marina, 22. E.Şahverdiyev, 64-öz qapısına - Ü.İsgəndərov, 5. N.Raysel, 90+1-pen

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Bank Respublika Arena”

“Keşlə” –“ Səbail” - 0:1

Qol: H.Ekşteyn, 51-pen

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

“ASK Arena”