Cümə 29.03.2024

Cüdoçularımız Böyük Dəbilqə seriyalı Paris turnirini medalsız başa vurdular

Cüdoçularımız Böyük Dəbilqə seriyalı Paris turnirini medalsız başa vurdular

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə təşkil edilən Böyük Dəbilqə seriyalı beynəlxalq turniri medalsız başa vurublar.

Milli komanda üzvlərindən ən yüksək nəticəni Məmmədəli Mehdiyev göstərib. 90 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı yarımfinalda məğlub olub, bürünc medal şansını saxlasa da, burada kubalı İvan Felipe Silva Moralesə uduzub.

Digər 16 cüdoçudan (11 kişi, 5 qadın) heç biri 1/4 finaladək irəliləyə bilməyib.

Qeyd edək ki, Böyük Dəbilqədə 115 ölkədən 680 cüdoçu (405 kişi, 275 qadın) mübarizə aparıb.