news-details
Xəbərlər

"Neftçi" sevgi, emosiya, ehtiras deməkdir" (Müsahibə)

Bu gün "Neftçi”nin futbolçusu Soni Mustivarın 30 yaşı tamam olur. 1990-cı ildə dünyaya gəlmiş haitili yarımmüdafiəçi 2017/2018 mövsümündən çıxış etdiyi "ağ-qaralar"ın heyətində 54 oyun keçirib, 3 qol vurub. Mustivar Haiti millisinin forması ilə meydana çıxdığı 19 matçda 2 dəfə fərqlənib. Futbolçunun klub saytına verdiyi müsahibəni təqdim edirik:

- Doğum gününüz mübarək, Soni! Özünüzü 30 yaşda necə hiss edirsiniz?

- Təbrikinizə görə sağ olun. Özümü gənc hiss edirəm (gülür).

- Həyatınızda ən gözlənilməz hədiyyə hansı olub?

- Ən gözlənilməz hədiyyəni mən bir neçə il əvvəl almışdım. Neçənci il olduğu yadımda deyil, amma hədiyyə "Nintendo 64” oyun konsolu idi.

- Bu günü necə keçirəcəksiniz?

- Doğum günümü həyat yoldaşım və dostlarımla qeyd edəcəm. Qeyri-adi bir şey olmayacaq.

- Artıq bir neçə ildir ki, "Neftçi”dəsiniz. Bu klub sizin üçün nə məna daşıyır?

- "Neftçi” sevgi, emosiya, ehtiras deməkdir.

- Bu mövsüm bir oyunda hətta komandanın kapitanı qismində oynamısınız.

- Bəli və buna görə qurur duyuram. Mənim üçün komandanın hər bir oyunçusu kapitandır. Biz "Neftçi”ni layiqli şəkildə təmsil etməliyik.

- Həftəsonu "Keşlə”yə qarşı keçiriləcək oyun ərəfəsində azarkeşlərə nə deyə bilərsiniz?

- Arzum odur ki, oyuna gəlsinlər. Nə qədər çox olsalar, o qədər də biz güclü olacağıq. Qələbəni bir yerdə yaşayaq!

Digər xəbərlər