Cümə 29.03.2024

Ölkə prezidenti və 1-ci vitse-prezident yunan-Roma güləşçilərimizi təbrik etdi

Ölkə prezidenti və 1-ci vitse-prezident yunan-Roma güləşçilərimizi təbrik etdi

Yunan-Roma güləşi üzrə millimizin İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında tarixi uğura imza atması ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 2 qızıl, 4 bürünc medalla komanda hesabında Avropa 2-cisi olan yığmamızı cənab prezident İlham Əliyev "twitter" səhifəsində təbrik edib:

"Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

Ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyeva isə "instagram" səhifəsindən təbriklərini çatdırıb:

"İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!"