Şənbə 20.04.2024

UEFA-dan “Mançester Siti”yə şok cəza

UEFA-dan “Mançester Siti”yə şok cəza

UEFA İngiltərənin “Mançester Siti” klubuna ağır cəza tətbiq edib. Premyer Liqa təmsilçisi iki mövsümlük avrokuboklardan kənarlaşdırılıb. Bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Cəzaya klubun maliyyə fair-play qaydalarını pozması səbəb olub. "Mançester Siti" 2020/2021 və 2021/2022 mövsümlərində Çempionlar Liqası və Avropa Liqasında oynamayacaq.

Bundan başqa, "şəhərlilər" 30 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, "Mançester Siti"nin 2012-2016-ci illər aralığında maliyyə prinsiplərini pozduğu bildirilir. Klubun İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.