Cümə 29.03.2024

"Qarabağ"dan darmadağın, "Sumqayıt" "Sabah"a uduzdu

"Qarabağ"dan darmadağın, "Sumqayıt" "Sabah"a uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib. Lider "Qarabağ" səfərdə "Zirə" ilə qarşılaşıb. Qəsəbə təmsilçisi hələ ki, rəqibini məğlub edə bilməyib. Budəfəki matçda da sevinən tərəf Ağdam klubu olub. Qonaqlar 6 cavabsız qolla qalib gəliblər.

Günün digər matçında "Sumqayıt" "Sabah"ı qəbul edib. "Gənclik şəhəri" təmsilçisi bu mövsüm geridə qalan hər iki dövrədə qələbə qazanmışdı - 1:0, 3:1. Bugünkü matçda da isə "Sabah" meydanı qalibiyyətlə tərk edib.

Qeyd edək ki, XVII tura fevralın 16-da keçiriləcək "Neftçi" - "Keşlə" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XVII tur

15 fevral (şənbə)

“Zirə” –“ Qarabağ” - 0:6

Qollar: Bədavi Hüseynov, 4, Xayme Romero, 11, Mahir Emreli, 15, Aylton Silva, 29, Abdullah Zubir, 61, Maqaye Geye, 85

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu

“Sumqayıt” – “Sabah” - 1:2

Qollar: Əmir Ağayev, 90+1 - Şakir Seyidov, 59. Ozan Can Kökcü, 62

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Kapital Bank Arena”