Cümə axşamı 25.04.2024

Nazim Babayev ermənistanlı idmançını üstələyərək qızıl medal qazandı - FOTO

Nazim Babayev ermənistanlı idmançını üstələyərək qızıl medal qazandı - FOTO

Azərbaycanın gənc atletləri İstanbulda keçirilən XXV Balkan çempionatında iştirak ediblər. Yarışda üç təkanla tullanma yarışında iştirak edən Nazim Babayev 16,92 metr nəticə göstərərək çempion olub. O, Ermənistan təmsilçisi Levon Ağasyanı 0,48 metr, Gürcüstandan olan Laşa Qulelaurini isə 0,63 metr üstələyib.

Azərbaycanın daha bir medalını Yekaterina Sarıyeva əldə edib. O, qadınların yarışında üç təkanla ullanmada 13,50 metrlik nəticə ilə bürünc medala sahib olub. Sarıyeva həm də yeni Azərbaycan rekordu müəyyənləşdirib.

Qeyd edək ki, turnirdə ölkəmizi İlham Abışov, Anna Yusupova, Rahim Məmmədov, Yelena Pextireva, Yekaterina Sarıyeva, Nazim Babayev və Rüstəm Məmmədov təmsil ediblər.

Nazim Babayev ermənistanlı idmançını üstələyərək qızıl medal qazandı - FOTO
Nazim Babayev ermənistanlı idmançını üstələyərək qızıl medal qazandı - FOTO