news-details
Xəbərlər

"Liverpul" "Atletiko"ya, PSJ "Borussiya"ya uduzdu

Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib. Bu gecə keçirilən iki qarşılaşma ilə turnirdəki fasilə sona çatıb.

Gecənin oyunları Almaniya və İspaniyada baş tutub. Madriddəki "Vanda Metropolitano" stadionunda "Atletiko" turnirin son qalibi İngiltərə "Liverpul"unu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə “Borussiya” PSJ-ni qonaq edib. Turnirin əsas favoritləri arasında göstərilən Paris təmsilçisi Almaniyadan sərfəli nəticə ilə dönməyə çalışsa da, bu istəyinə çata bilməyib. Üç qolun qeydə alındığı bu görüşdə də meydan sahibləri qələbəni bayram ediblər.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

"Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0

Qol: Saul Niges, 4

Baş hakim: Şimon Marçinyak (Polşa)

Madrid, "Vanda Metropolitano"

"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa) - 2:1

Qollar: Erlinq Haland, 68; 78 - Neymar, 76

Baş hakim: Mateo Laos (İspaniya)

Dortmund, “Siqnal İduna Park”

Digər xəbərlər