Cümə 29.03.2024

"Qəbələ" - "Neftçi" matçını FIFA referisi idarə edəcək

"Qəbələ" - "Neftçi" matçını FIFA referisi idarə edəcək

Azərbaycan Premyer Liqasında XVIII turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. Turun mərkəzi matçı hesab olunan "Qəbələ" - "Neftçi" duelini FIFA referisi Əliyar Ağayev idarə edəcək. Bütün görüşlər “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, XVIII tur

22 fevral (şənbə)

15:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

17:00. “Keşlə” – “Zirə”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”, 17:00

23 fevral (bazar)

16:00. “Sabah” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“Bank Respublika Arena”

18:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tofiq Bəhramov adına Respublika Stadionu