• Çərşənbə axşamı, 24 Noyabr 2020
news-details
Xəbərlər

“Ayaks”la “Başakşəhər” uduzdu, “Arsenal”la “İnter” qələbə qazandı

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" İngiltərədə İspaniya "Espanyol"unu qəbul edib. 21 yaşlı hücumçu əsas komandada debüt etməsə də, Avropa Liqasının oyunları üçün iştirak ərizəsinə daxil edilib. Matç ingilislərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşəhər" Portuqaliyada "Sportinq"in qonağı olub və məğlubiyyətlə üzləşib. İngiltərə klublarından "Arsenal" Yunanıstanda "Olimpiakos"u minimal hesabla üstələyib, "Mançester Yunayted" isə Belçikada "Brügge" ilə bacarmayıb. Qeyd edilən son iki oyun "CBC Sport"la canlı yayımlanıb.

Cavab görüşləri fevralın 27-də olacaq.

Avropa Liqası

1/16 final mərhələsi, ilk oyunlar

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya) - 2:1
Qollar: Patrik, 56. Kovalenko, 72 – Pitsi, 67-pen.

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zalsburq" (Avstriya) 4:1
Qollar: Kamada, 12; 43; 53. Kostiç, 56 – Huanq, 85-pen.

"Ludoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya) - 0:2
Qollar: Eriksen, 71. Lukaku, 90+4-pen.

"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə) - 1:1
Qollar: Dennis, 15 – Marsial, 36.

ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya) - 1:1
Qollar: Deaç, 59-pen - En Nesiri, 82.

"Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya) - 1:1
Qollar: Ndoye, 52 - Eduard, 14.

"Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya) - 2:0
Qollar: Deyverson, 38. Kenedi, 90+3.

"Sportinq" (Portuqaliya) - "Başakşəhər" (Türkiyə) - 3:1
Qollar: Koates, 3. Sporar, 44. Vietto, 51 - Vişça, 77-pen.

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 3:2
Qollar
: Haci, 67; 82. Aribo, 75 – Fransercio, 11. Ruis, 59.

"Roma" (İtaliya) - "Gent" (Belçika) 1:0
Qol
: K.Peres, 13.

"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç) - 2:1
Qollar
: Brekalo, 49. Mehmedi, 62 – Telin, 47-pen.

"Alkmaar" (Hollandiya) - LASK (Avstriya) - 1:1
Qollar
: Kopmeyners, 86-pen - Raquz, 26.

"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə) - 0:1
Qol
: Lakazette, 81.

APOEL (Kipr) - "Bazel" (İsveçrə) - 0:3
Qollar
: Petretta, 16. Stokker, 53. Artur, 66.

"Bayer" (Almaniya) - "Portu" (Portuqaliya) - 2:1
Qollar
: Alario, 29. Haverts, 57-pen – L.Dias, 73.

"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya) - 4:0
Qollar
: Jota, 15; 67; 81. Neves, 52.

Digər xəbərlər