Cümə 29.03.2024

AFFA iki milliyə baş məşqçi təyin etdi

AFFA iki milliyə baş məşqçi təyin etdi

Azərbaycanın 2 yaş qrupu üzrə milli komandalarının baş məşqçiləri bəlli olub. AFFA-nın rəsmi saytı bu gün təyinatlarla bağlı rəsmi açıqlama yayıb.

Məlumata görə, qurumun Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Elxan Abdullayevə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi isə Aqil Nəbiyevə həvalə olunub.