news-details
Xəbərlər

“Keşlə”dən darmadağın, “Qəbələ” yenə “Neftçi”yə uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

İkinci pillədə qərarlaşan "Neftçi" səfərdə autsayder "Qəbələ"nin qonağı olub. Paytaxt təmsilçisi ilk iki dövrədə keçirilmiş oyunların hər birində rəqibinə böyük hesabla qalib gəlmişdi. Budəfəki görüşdə də sevinən tərəf "ağ-qaralar" qələbə qazanıb.

Günün digər matçında "Keşlə" "ASK Arena"da "Zirə"ni qəbul edib. Hər iki komanda son iki turda məğlub olmuşdu. Bu qarşılaşmada meydan sahibləri darmadağınla 3 xala sahib olublar.

Qeyd edək ki, XVIII tura fevralın 23-də keçiriləcək "Sabah" - "Səbail" və "Qarabağ" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XVIII tur

22 fevral (şənbə)

“Qəbələ” – “Neftçi” - 0:2
Qollar: A.Krivotsyuk, 8. B.Dabo, 14
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

“Keşlə” – “Zirə” - 4:0
Qollar: Ş.Qadoyev, 20; 71. V.İsgəndərli, 45. P.Azadov, 89
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena"

Digər xəbərlər